Bentley NFT kolleksyası buraxacaq

Britaniyanın Bentley Motors avtomobil şirkəti Polygon blokçeyninə əsaslanan 208 ədəd NFT kolleksiyasının buraxıldığını elan etdi. Lüks avtomobil markası ilk məhdud buraxılışlı Genesis NFT kolleksiyasını sentyabr ayında təqdim edəcək. Bentley üçün 208 rəqəmi simvolikdir çünki bu, şirkətin ən sürətli Grand Tourer avtomobilinin (Continental GT Speed) ən yüksək sürətidir. Bundan əlavə, “208” istehsal olunan 1952-ci il R-Tipi Continentalların ümumi sayıdır.

Bentley Motors-un satış və marketinq üzrə direktoru Alain Favey: “Biz həmişə müştərilərimizi əyləncənin yeni potensialını kəşf edə biləcəkləri yerə aparmışıq. Hazırda bu, rəqəmsal bazarlarda mövcud olmaq və NFT təklif etmək deməkdir. Biz NFT-lərin incəsənətin və sənətçilərin profilini necə yüksəltdiyini görürük və inanırıq ki, eyni şey lüks avtomobillərdə də baş verə bilər”.

Leave a Reply