Solana kripto smartfon təqdim etdi

Solana Labs-in törəmə şirkəti olan Solana Mobile, OSOM ilə əməkdaşlıq çərçivəsində Android sistemi əsasında Saga kripto smartfon təqdim etdi. Saga smartfonunun təqdimatı Nyu-Yorkda “Solana Mobile Stack” tədbirində baş tutub. Smartfon Solana blokçeyni ilə inteqrasiya olunacaq, həmçinin kripto cüzdanlar və Web3 üçün “Solana Mobile Stack” ilə əlaqəli funksionallıqla təchiz ediləcək. Smartfon 6,67 düymlük 120 Hz OLED ekrana, 512 GB yaddaşa və 12 GB RAM-a sahib olacaq. Saga smarfonu 2023-cü ilin birinci rübündə satışa çıxarılacaq və qiyməti təxminən 1000 dollar olacaq.

Solana Labs-ın baş direktoru Anatoli Yakovenko: “Dünyada təxminən 7 milyard insan smartfonlardan istifadə edir. Bunlardan 100 milyondan çox insan rəqəmsal aktivlərə sahibdir və bu rəqəmlərin hər ikisi artmaqda davam edəcək”.

Leave a Reply