SEC və CFTC kripto-fondlar üçün yeni hesabat qaydasını təsdiqlədi

ABŞ-ın Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) və Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası (SEC) ilə birgə kriptovalyuta riskləri ilə bağlı yeni hesabtlılıq qaydasını təsdiqləyib. Qaydaya əsasən idarəetməsində 500 milyon dollardan çox olan hedc fondlar kriptovalyutalarla bağlı risklər barədə məlumat verməlidirlər. Əsas məqsəd FSOC-nun (Maliyyə Sabitliyinə Nəzarət Şurası) sistemli təhlükələrə nəzarət etmək qabiliyyətini təkmilləşdirməkdir. Kriptofondlar məlumatı ictimaiyyətə açıqlamadan PF formasında tənzimləyiciləri məlumatlandıracaq.

CFTC komissarı Christy Goldsmith Romero: “Məqsədimiz toplanmış məlumatların faydalılığını artırmaq və hedc fondların risklər barədə açıqlamalarını konqresin nəzərdə tutduğu kimi təmin edilməsidir.”

Müəllif:  Elnur Quliyev

Leave a Reply