ABŞ dolları ilə bitcoin-in ilk satışından 13 il keçib

12 oktyabr 2009-cu ildə ABŞ dolları ilə bitcoin-in ilk satışı baş tutub. 13 il əvvəl ilk dəfə həmin tarixdə 5050 BTC cəmi 5,02 dollara alınıb. Bu əməliyyat Satoshi Nakamoto-nun mövcudluğunun ilk günlərində bitcoin üzərində işləməsinə kömək edən Finlandiyalı developer Maptti Malmi tərəfindən aparılıb. Bundan əvvəl bitcoin-in bazar qiyməti yox idi. Bugünkü qiymətlərlə 5050 bitcoin 95.000.000 dollar dəyərindədir.

Məlumat üçün qeyd edək ki, 5 oktyabr 2009-cu ildə NewLibertyStandard ilk dəfə dollar/bitcoin (1 dollar = 1.309,03 BTC) məzənnəsini təyin etmişdi. Satoşi Nakamoto 21 yanvar 2009-cu ildə Hal Finney adlı şəxsə 100 BTC göndərməklə ilk bitcoin tranzaksiyası həyata keçirib. Bitcoin ilə ilk sövdələşmə isə 2010-cu ilin may 22-də olub. Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə 10.000 bitcoin müqabilində 2 pizza alıb. Həmin vaxt 1 bitcoin 0.003 dollara bərabər idi.

Bir cavab yazın