El Salvador Isveçrədə “bitcoin ofis” açdı

El Salvador və İsveçrənin Luqano şəhəri kripto aktivlər sahəsində təhsil və tədqiqata yönəlmiş iqtisadi əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. El Salvador səfiri Milena Mayorga İsveçrədə keçirilən “Plan В” forumunda çıxışı zamanı bildirib ki, Salvador və Luqano iqtisadi əməkdaşlığa, həmçinin Luqanoda “bitcoin ofisi”-nin açılmasına dair razılıq əldə edib. Bu tərəfdaşlığın məqsədi təhsil və rəqəmsal aktivlərin tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdir. İsveçrənin müvafiq regionlarda bitcoin və digər kriptovalyutaların tətbiqi təşəbbüslərinin dəstəklənməsi, həmçinin tələbə mübadiləsi proqramının əlaqələndirilməsi Salvadorun Luqanodakı “bitcoin ofisi”-nə həvalə olunacaq. Luqano şəhərinin meri Michele Foletti çıxışı zamanı qeyd edib ki, Salvador tərəfindən bitcoin-nin qanuni ödəniş vasitəsi kimi qəbul edilməsi şəhər administrasiyasını təhsil və tədqiqat təşkilatları ilə əməkdaşlıq etməyə sövq edib.

Leave a Reply