Bitcoin White Paper – 14 il

    Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənədi (Bitcoin White Paper) internetdə dərc etməklə ilk kriptovalyuta olan bitcoin-in tarixi başladı. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin-in əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

  CoinMarketCap.com-a əsasən 31.10.2022 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 21.570 ədəd, ümumi bazar kapitalizasiyası 1 trilyon dollardır. Bitcoin-in qiyməti 20.550 dollar, bazar kapitalizasiyası isə 394 milyard dollarla ümumi bazar kapitalizasiyasının 39%-ni təşkil edir.

Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb Genesis blokun heşində “The Times” nəşrindən olan «Chancellor on brink of second bailout for banks» başlığının olmasıdır.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply