ABŞ-ın 4-cü ən iri aviaşirkəti olan American Airlines və Kanadanın ən böyük aviaşirkəti Air Canada ödəniş vasitəsi kimi Shiba Inu (SHIB) qəbul etməyə başlayıb. SHIB sahibləri American Airlines və Air Canada biletlərini Visa Pay FCF debet kartlarından istifadə etməklə ödəyə biləcəklər. Kriptovalyutalarla ödəmə operatoru FCF Pay, 23 noyabrda iki böyük hava daşıyıcısı ilə əməkdaşlıq etdiyini öz twitter hesabında elan edib. Bu, FCF Pay debet kart sahiblərinə uçuşlar bron etmək və müxtəlif xidmətlər üçün ödəniş etmək üçün stabilkoinlər (USDT, BUSD və s) və SHIB ilə ödəniş etməyə imkan verəcək.


