24-25 noyabr 2022-ci il tarixlərində Bakıda keçirilən “VI Beynəlxalq Bankçılıq Forumu”-da dövlət tənzimləyici orqanı və nüfuzlu maliyyə təşkilatlarının iştirakı ilə rəqəmsal aktivlər və kriptovalyutalar mövzusunda yerli və xarici ekspertlərlə panel müzakirələr aparılıb. Forumda çıxış edən Binance kriptovalyuta birjasının MDB ölkələri ilə əlaqələr üzrə direktoru Olqa Qonçarova (Ольга Гончарова) bildirib ki, birja bu regionda böyük potensial görür və bu sahəni inkişaf etdirmək üçün dəstək verməyə hazırdır. Binance birjası Azərbaycanın Mərkəzi Bankına kriptovalyutaların tənzimlənməsi mexanizmlərinin hazırlanmasında kömək edə bilər.

Olqa Qonçarova: Bütün dünyada və bir sıra MDB ölkələrində mərkəzi banklar rəqəmsal valyuta sənayesini qadağan etməkdənsə, tənzimləməyi və bundan faydalanmağı üstün tuturlar. Tənzimləmə bu sektorun etibarlılığını daha da artırır və onun mövcud olduğu bölgələrdə xarici investisiyaları artırır. Binance birjası MDB-də treyderlərin böyük potensialı və marağı olduğunu görür.
Binance nümayəndəsinin sözlərinə görə birja MDB ölkələrindən Qazaxstan, Qırğızstan, Gürcüstan rəsmiləri ilə görüşlər keçirilib və rəqəmsal aktivlərin tənzimlənməsi mexanizmlərinin hazırlanması, rəqəmsal dövlət valyutasının (CBDC) yaradılması ilə bağlı müzakirələr aparılır.





