Keçmiş peşəkar kikboksçu və bloger Andrew Tate banklara və hakimiyyət orqanlarına inamsızlığını ifadə edərək, bitcoin və blockchain-i dəstəklədiyini bəyan edib. Eks boksçu kriptovalyuta həvəskarı Anthony Pompliano ilə podkast zamanı bildirib ki, insanlara öz pullarını idarə etmək imkanı verənən yalnız blokçeyn və kriptovalyutalardır. O, 900.000 dollar məbləğində beynəlxalq köçürmə etməyə cəhd etdiyi bir hadisəni danışıb və bunun üçün ciddi bank çeklərinin təqdim etməli olduğunu, sənədləşmə işlərinə də kifayət qədər vaxt sərf etdiyini vurğulayıb.
Andrew Tate: “Mən artıq hökumətə etibar etmirəm. Əgər siz nə vaxtsa bank vasitəsilə bir milyon dollar göndərməyə cəhd etsəniz, başınıza gələn axmaqlığı görəcəksiniz. Özünüz qazandığınız pulu kiməsə göndərirsiniz ancaq kağız və çek yığınları ilə müşayət olunan yorucu suallara cavab vermək üçün həftələrlə vaxt sərf etməlisiniz. Lakin kriptovalyutalarla belə vəziyyət yaranmazdı, əksinə: bitcoin adi pullar üçün xarakterik olan bir çox problemləri aradan qaldırır. Bitcoin maliyyə dünyasının gələcəyidir və dövlətin insanlardan ala bilməyəcəyi aktivdir.”

