Google: 2022-ci ildə ən çox axtarılan 10 kriptovalyuta

2022-ci ildə kriptovalyuta bazarında qiymətlərin enməsi və tələbin azalması “Goggle Trends”-in məlumatına əsasən, “buy crypto” (kriptovalyuta al) sözləri üçün aparılan axtarışların 2020-ci ilin fevralından bəri ən pis nəticə göstərməsinə səbəb olub. 2022-ci ildə FED-in siyasətinin sərtləşdirilməsi, həmçinin FTX, Terra, Celsius Network kimi kripto-platformaların iflas etməsi kriptovalyutaların bazarında qiymətlərə ciddi zərbə vurdu.

DollarGeek maliyyə portalı 2022-ci ildə hansı kriptovalyutaların Google-da daha çox axtarıldığı barədə hesabat dərc edib. Hesabata əsasən ilk yerdə bitcoin (BTC) 28.4 milyondan çox sorğu verilib. İlk beşlikdə dogecoin, shiba inu, ethereum və cordano yer alıb.

Leave a Reply