Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 28 fevral – 1 mart tarixlərində “Baku Marriott Boulevard Hotel”-də “Agro Business Forum Azerbaijan – 2023” sərgi-forumu keçiriləcək. Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, yeni istehsal sahələri və istehsalın məhsuldarlığının artırılması üçün şəbəkələşmənin qurulmasıdır.

Tədbirdə Azərbaycan, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrinin nümayəndələrinin və 100-dən çox türk iş adamlarının iştirakı gözlənilir. 7 paneldən ibarət Aqro Biznes Forumunda B2B, B2C və B2G görüşlər keçiriləcək. 1300 kvadrat metrlik sahəni əhatə edəcək forum sərginin Davos formatında keçiriləcək forum hissəsində 250 nəfər izləyicinin iştirakı, sərgi hissəsində isə 45 türk şirkəti öz məhsullarını və xidmətlərini təqdim edəcəklər. Ziyarətçilər üçün giriş ödənişsizdir lakin iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi mütləqdir. Ziyarətçilər forumda bir çox ölkələrdən qonaq olan spikerlərin təcrübəsindən faydalanmaq imkanı əldə edəcəklər, həmçinin, agro sahəsində çalışan şirkət, xidmət və məhsullarla tanış olmaq fürsətindən yararlanacaqlar.
Ziyarətçi qisminfə iştirak üçün qeydiyyat linki: https://bit.ly/abf_registration
Sərgidə yer icarəsi üçün qeydiyyat linki: https://bit.ly/stend_reservation



