Zimbabve Mərkəzi Bankı (RBZ) yerli valyutanı sabitləşdirmək səyləri çərçivəsində qızıl ilə təmin edilən dövlət rəqəmsal valyutasını (CBDC) buraxmağı planlaşdırır. Mərkəzi Bankın rəhbəri Rjon Mangudiya bəyan edib ki, CBDC ölkə ərazisində qanuni ödəniş vasitəsi kimi istifadə olunacaq. Zimbabvenin qızıl ehtiyatları ilə təmin edilən rəqəmsal valyuta, Mərkəzi Bankın düşən Zimbabve dollarını konsolidasiya etmək və inflyasiya ilə mübarizə aparmaq üçün ölkənin qızıl ehtiyatlarından istifadə etmək üçün ilk addımı olacaq.

