Çində əmək haqqı rəqəmsal yuan (e-CNY) ilə ödəniləcək

2023-cü ilin may ayında Çində dövlət qulluqçuları üçün rəqəmsal yuan (e-CNY) ilə pilot əmək haqqı proqramı tətbiq ediləcək. Proqram Şanxay yaxınlığında yerləşən və 1,7 milyon əhalisi olan Çanqşu (Changshu) şəhərində həkimlər, yanğınsöndürənlər, müəllimlər arasında sınaqdan keçiriləcək. May ayından etibarən bu işçilər əmək haqqını yalnız e-CNY ilə alacaqlar. e-CNY artıq müxtəlif ödəniş sistemlərinə, o cümlədən WeChat platformasına inteqrasiya olunub ki, bu da vətəndaşlara müxtəlif xidmətlər və mallar üçün ödəniş etməyə imkan verir. Bütün əməliyyatlar QR kodlarından istifadə etməklə dövlətə məxsus mobil cüzdan vasitəsilə həyata keçiriləcək. Əgər pilot layihə uğurlu olarsa, o zaman digər şəhərlərdəki dövlət qulluqçularının maaşları da dövlətin rəqəmsal valyutasında köçürülə bilər.

Çin artıq nağdsız cəmiyyətə doğru irəliləmək ərəfəsindədir lakin elektron əməliyyatların böyük əksəriyyəti dövlətin birbaşa səlahiyyətindən kənarda olan özəl proqramlarda (Alipay və WeChat Pay) baş verir.

Leave a Reply