Gary Gensler: Kriptovalyutalar investisiya müqavilələridir və tənzimlənməlidir

ABŞ Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasının (SEC) sədri Gary Gensler bildirib ki, kriptovalyutalara investisiya müqaviləsi kimi yanaşmaq lazımdır, bu səbəbdən onları təklif edən platformalar qeydiyyatdan keçməlidir. O, bunu belə izah edib ki, investisiya müqaviləsi o zaman mövcuddur ki, istifadəçilər ağlabatan mənfəət gözləntiləri ilə müəssisəyə pul yatırırlar.

Gary Gensler: “İnvestisiya müqavilələri təklif edən platformalardan qiymətli kağızlar haqqında qanunlara riayət etmək tələb olunur. Bir çox kripto platformalar bunu inkar edir. Qanun isə bunun nə adlandırdığınızla deyil, nə olduğu ilə maraqlanır.. Kriptovalyuta bazarları normativ qaydalara əməl edilməməsindən əziyyət çəkir. Qanun aydındır, əgər siz qiymətli kağızlar birjası, broker və ya dilersinizsə, bizdə qeydiyyatdan keçməklə buna əməl etməlisiniz.”

Leave a Reply