Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının təşkilatçılığı ilə 31 may tarixində “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçiriləcəkdir. Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir. Forum çərçivəsində “Milli kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin aktual məsələləri”, “Kibertəhlükəsizlik: Türk Dövlətləri Təşkilatı kontekstində”, “Kibertəhlükəsizlik həlləri və startaplar”, “Kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə” adlı panellərdə çıxışlar və müzakirələr həyata keçiriləcəkdir.
Forumda kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr həyata keçiriləcək. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə kibertəhlükəsizlik üzrə görülən işlərin təqdimatı, gələcək əməkdaşlıq perspektivləri və məlumat mübadiləsi platformasının yaradılmasına dair müzakirələraparılacaq. Forumun sərgi hissəsində müxtəlif yerli və xarici şirktlərin məhsul və həlləri təqdim olunacaq. Forum zamanı interaktiv yarışmalar təşkil olunacaq və qaliblər mükafatlandırılacaq.
Forum barədə ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək cyberforum.az vasitəsilə mümkündür.

