Amerikanın Adidas şirkəti Yaponiyanın A Bathing Ape (BAPE) geyim brendi ilə birlikdə məhdud sayda NFT ilə əlaqəli idman ayaqqabılarının satışı üçün auksion elan edib. Auksion kripto ödəniş xidməti MoonPay ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. NFT sahibi sentyabrın 26-da Adidas Collect saytında rəqəmsal surəti ilə birlikdə bir cüt fiziki idman ayaqqabısı əldə edə biləcək. Hər bir idman ayaqqabısı NFC çipi ilə təchiz olunacaq, bunun sayəsində krasovka sahibi rəqəmsal orijinallıq sertifikatına çıxış əldə edəcək. Adidas Collect veb-saytında hər krasovka üçün minimum təklif 0,3 ETH (təxminən 548 dollar) olacaq. Auksion avqustun 22-də başlayır və 25-də başa çatır. Onun müddəti 72 saat olacaq. Ümumilkdə auksiona 100 cüt krasovka təqdim ediləcək.

