Panko nədir?

    PANKO (パン粉) – xüsusi texnologiya ilə bişirilən yapon un məmulatıdır. “Panko” sözü portuqal dilindən “pao” – “çörək” və yapon dilindən götürülmüş “ko” – “qırıntı” sözlərinin birləşməsidir. Pankonun xüsusi tərkibi sayəsində qızartma zamanı yeməklər daha az yağlı olur və bu da istifadə olunan qidaların daha sağlıqlı olmasına şərait yaradır. Panko suxariləri müxtəlif qızardılmış yeməklərin, xüsusilə ət və dəniz məhsullarının hazırlanmasında vacib maddələrdən biridir. Panko qızartma zamanı 200 dərəcəyə qədər istilikdə məhsulun yanmasının qarşısını alır, daxili şirəsini qoruyur və nəticədə qidanın daha yaxşı bişməsinə imkan yaradır.

   Panko qızardılmış yeməklərə xoş faktura və xırçıldayan dad vermək üçün profesional aşbazların istifadə etdikləri mükəmməl əlavədir. Pankonun əsas istifadə istiqamətləri:

  • “fasd food” yeməkləri – naqets, milanesa, şinitzel, patates kroket və salat üçün xırtıldayan toyuq;
  • kotlet və ya burqer ətlərinin qızardılması;
  • balıq məhsullarının qızardılması;
  • badımcan və kabakçı qızardılması;
  • suşi məhsulları, krtvetka və kalamar qızardılması.

   Panko ilk dəfə 19-cu əsrdə Yaponiyada yaranıb. Yapon mətbəxinə panko məhsulu portuqal səyyahlar sayəsində daxil olub. Panko ilkin dövrlərdə yalnız yapon mətbəxində qızartma yemekələrində istifadə olunurdu. Yapon aşbazları pankodan yeməklərə faktura və xoş xırçıltı əlavə etmək üçün istifadə edirdilər. Qızartma zamanı panko adi çörək qırıntılarında daha az yağ udur və daha xırçıldayan olur. Uzun müddət Asiya ölkələri mətbəxində daha çox istifadə edilməsinə baxmayaraq panko Avropa mətbəxinə yalnız 70-ci illərdə daxil olub. Məhsul qızardılması zamanı xırçıldayan dad yaratması və daha az yağ udmaq qabiliyyətinə görə panko bütün dünya ölkələrinin mətbəxində geniş istifadə olunmağa başlandı. Hazırda pankonun Yapon, Çin, Malaziya, İtaliya və Koreya resepti daha çox yayılıb.

Pankonun adi çörək suxarilərindən əsas fərqləri:

  • Tərkibi və bişirmə texnologiyası
  • Ölçüsü
  • İstifadə forması

    Adi çörək suxariləri qızartma zamanı daha tez yanır və görüntü baxımından qidanın rənginin qaralması ilə nəticələnir. Bu suxarilər yalnız ev şəraitində istifadə üçün yararlıdır. Panko isə profesional aşbazlar tərəfindən restoran, hotel və kafe şəbəkələrində istifadə olunur. Panko ilə qızartma zamanı məhsul yüksək dərəcədə yanmır və rəngini dəyişmir. Məhsulun gec yanması isə qidanın daha yaxşı bişməsini təmin edir.

   Adi çörək suxariləri müxtəlif növ çörək növlərinin üyüdülməsi ilə hazırlanır və otaq temperaturunda, quru yerdə saxlanılmaqla təbii şəkildə qurudulur. Panko isə xüsusi resept əsasında və müasir texnologiya ilə qabıqsız un məmulatı formasında hazırlanır və elektrik sobasında süni şəkildə xüsusi temperaturda qurudulur.

Panko Azərbaycanda

Panko Azərbaycan mətbəxində xüsusilə son 3-5 il ərzində populyarlıq qazanıb. Əsasən restoran şəbəkələrində (HoReCa) daha çox istifadə olunur. Panko ölkəmizə Çin, Yapon, Türkiyə, Tayvan və İrandan müxtəlif istehsalat formasında idxal edilir.

   “ERA Panko” – Azərbaycanda ilk dəfə yapon resepti ilə istehsal edilən premium panko növüdür. İstehsal prosesi innovativ texnologiyaya əsaslanan və ölkəmizdə ilk dəfə istifadə edilən avadanlıqlar ilə aparılır. Tərkibində heç bir kimyəvi qatqı yoxdur. İstehsal edilən panko nümunələri ölkənin aparıcı labaratoriyalarında uğurla sınaqdan keçirilib və qida üzrə müvafiq dövlət sertifikatları ilə təmin edilib. Məhsulun keyfiyyətinə nəzarət beynəlxalq və milli standartlar nəzərə alınaraq sanitar-texnikişərtlər çərçivəsində aparılır. Hazır məhsul isteshsal müəsissəsində qurulmuş mini sınaq laboratoriyasında gündəlik olaraq test edilir və standartlara uyğunluğu müəyyənləşdirildikdən sonra paketləmə mərhələsinə buraxılır.

    Panko-nun Azərbaycanda ilk və yeganə istehsalçısı ETE Group MMC şirkətidir. Şirkətin əsas məqsədi ölkə istehlakçılarına premium panko məhsulunu tanıtdırmaq, daxili bazarın ehtiyaclarını qarşılaya bilən, keyfiyyət, dizayn və qiymət baxımından yüksək rəqabətli milli brendi yaratmaqdır. Hazırda şirkətin ERA PankoETE Panko adlı iki brendi var. ETE Group MMC-nin strateji missiyası idxalı əvəz edən və ixrac potensialı olan “Made in Azerbaijan” milli panko brendini yaratmaqdır.

One comment

Leave a Reply