Fond indeksi investorların əhvalını müəyyən etmək, yəni birjada səhmlərin yüksəldiyini və ya düşdüyünü anlamaq üçün önəmli alətdir. Hazırda təkcə Amerikanın deyil, həm də dünya iqtisadiyyatının vəziyyətinin barometri kimi çıxış edən ən məşhur fond indekslərindən biri S&P 500 indeksidir.
Standard & Poor’s 500 Index (S&P 500) – NYSE və NASDAQ birjalarında ticarət olunan və bazar kapitalizasiyasına görə ABŞ-ın 500 ən iri şirkətini səhmlərini birləşdirən indeksdir. S&P 500 indeksinin iştirakçılarının siyahısını analitik bazar araşdırması ilə məşğul olan “Standard & Poors” şirkəti tərtib edir. S&P 500 indeksi 1923-cü ildə yaradılıb və iqtisadiyyatın 26 sektorunu təmsil edən 233 şirkətin səhmlərini özündə birləşdirirdi. 1957-ci ildə şirkət sayı 500-ə çatdırıldı və 1976-cı ildə isə indeksə daxil olan 500 şirkətin sturktur dəyişdirildi – 400 sənaye korporasiyası, 40 maliyyə, 40 komunal xidmət və 20 nəqliyyat sektoru. İndeksin tikeri – SPX.
Müəllif: Elnur Quliyev

