Martın 5-də rəqəmsal aktivlər bazarı üzrə Qorxu və Tamahkarlıq indeksi (“Fear & Greed Index”) 8% artaraq 90%-i keçib ki, bu da 2021-ci ilin fevralından bəri yeni rekord səviyyədir. Bu, göstərici kriptovalyuta bazarında hazırda “həddindən artıq acgözlük” böhranı yaşadığını göstərir. CoinMarketCap analitikləri hesab edir ki, bazarın turbulentliyi fonunda onun iştirakçıları emosional davranışın ekstremal formalarını nümayiş etdirə bilərlər. İştirakçılar bazar yüksələndə acgöz olurlar və ya qiymətlərin müvəqqəti azalmasına irrasional reaksiyaya görə kortəbii olaraq aktivləri satırlar.

Həddindən artıq “Qorxu və Tamahkarlıq” indeksi yalnız investisiya imkanını göstərməklə yanaşı, bazarın qaçılmaz korreksiyaya doğru getdiyini də göstərə bilər. Bu indeksin dəyərləri 0 (maksimum qorxu) ilə 100 (maksimum tamahkarlıq) arasında dəyişir:
- 0-24 = Maksimum qorxu
- 25-49 = Qorxu
- 50-74 = Tamahkarlıq
- 75-100 = Maksimum tamahkarlıq
Misal üçün, 06 mart tarixinə bu indeks 75-dir.

“Fear & Greed Index”-ni hesablamaq üçün 5 fərqli mənbədən məlumatlar toplanır. Hər bir mənbəyə bazar əhval-ruhiyyəsinin qiymətləndirilməsində əhəmiyyətini əks etdirən “çəki əmsalı” təyin olunur.
- Volatillik – 25%. Bu parametr Bitcoin-in cari qiymətini ölçür və onu 30/90 günlük orta qiymətlərlə müqayisə edir. İndeks bunu bazarda qorxu üçün dolayı indikator kimi istifadə edir.
- Bazarın həcmi və dinamikası – 25%. Bunu hesablamaq üçün bitcoin ticarətinin cari həcmi və dinamikası 30/90 günlük orta dəyərlərlə müqayisə edilir və sonra nəticələr birləşdirilir. Bu, bazarda güclü yüksəliş əhval-ruhiyyəsini göstərir.
- Sosial şəbəkələr – 15%. Hal-hazırda o, sürət və qarşılıqlı əlaqə sayına diqqət yetirməklə bitcoin-ə yönəlmiş Twitter hashtaglarını nəzərdən keçirir. Hesab olunur ki, qarşılıqlı əlaqənin adi səviyyədən yüksək olması bazarda tamahkarlıq davranış deməkdir.
- Bitcoin-in dominantlıq indeksi – 10%. Bitcoin-in dominantlığının artması altcoinlərə həddindən artıq spekulyativ investisiya qorxusu ilə əlaqədardır, çünki bitcoin getdikcə kriptovalyutalar üçün nisbətən daha təhlükəsiz sığınacaq halına gəlir. Digər tərəfdən, bitcoin-in dominantlığı azaldıqca, insanlar daha tamahkar olur və daha riskli altkoinlərə investisiya edir ki, növbəti böyük “öküz qaçışında” qazanmaq şanslarını əldən verməsinlər.
- Tredlər – 10%. Bu göstərici bitcoin ilə əlaqəli axtarış sorğuları (misal: “bitcoin”, “buy bitcoin”, “price bitcoin”) üçün “Google Trend” üzrə məlumatlardan formalaşır.
- Sorğuları – 15%. Müxtəlif platformlarda sahəvi ekspertlər və kripto investorlar arasında keçirilən sorğuların nəticələri üzrə məlumatlar.
“Crypto Fear & Greed Index”-i hər 8 saatdan bir yenilənir və bazar əhval-ruhiyyəsini anlamaq üçün faydalı bir vasitədir. Odur ki, investisiya ilə bağlı qərar verərkən bu indeksdən isififadə etməyi tövsiyyə edirəm.
Müəllif: Elnur Quliyev
