Binance birjasından pul qoxusu verən ətir – “Crypto”

Məşhur kriptovalyuta birjası Binance 8 Martda qadınları sevindirmək üçün kriptovalyuta qoxusu olan ətir buraxdı. “CRYPTO” adlı ətir sahiblərinə “kriptovalyuta qoxusunu” çatdırmalıdır. Bu, məhdud sayda seriya olacaq və cəmi 100 şüşə Binance CRYPTO-nun buraxılması planlaşdırılır. Ətir nümunələri (probnik) isə birjanın “Binance Academy” brendi altında başlatdığı kripto investisiya kurslarının qadın iştirakçılarına veriləcək. Layihənin məqsədi qadınları kripto sənayesinə cəlb etməkdir.

Binance icmasının üzvləri bu xəbəri pul qoxusunun həmişə xoş olduğu haqqında xatirələr və zarafatlarla qarşıladılar.

Leave a Reply