JPMorgan: Kriptovalyuta bazarı avqust ayında bərpa olunacaq

Dünyanın nüfuzlu maliyyə holdinqlərindən biri olan JPMorgan Chase ekspertləri hesab edirlər ki, avqust ayından kriptovalyuta bazarı bərpa olunmağa başlayacaq. Nikolaos Panigirtzoglounun başçılıq etdiyi JPMorgan analitiklərindən ibarət qrup qeyd edib ki, MtGox kreditorlarına bitcoin ilə təzminatların ödənilməsi və Almaniya hökuməti tərəfindən müsadirə edilmiş aktivlərin satışı kripto sektoruna təsir edən mənfi amillərdir. Analatiklərin fikrincə, əgər Bitcoin məzənnəsi avqust ayında artım göstərsə, o zaman altkoinlər də bərpa oluna bilər. Bununla belə, altkoin mövsümünün başlaması üçün ilk 50 kriptovalyutanın ən azı 75%-nin ilk kriptovalyutanı üstələyə bilməsi lazımdır. Hesablamalarına əsasən ilin əvvəlindən rəqəmsal aktivlər sektoruna axın 8 milyard dollar təşkil edib ki, bu da onların təxmin etdiyi 12 milyard dollardan 33% azdır. 2023-cü ildə kriptovalyuta sektoru təxminən 15 milyard dollar, 2022-ci ildə 40 milyard dollar, 2021-ci ildə isə 45 milyard dollar daxil olub.

Leave a Reply