ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) iyulun 22-si spot Ethereum ETF-ləri üçün “S-1” sənədlərini qeydiyyata aldı. Spot Ethereum ETF-lər ABŞ-ın aparıcı birjalarında – Nasdaq, New York Stock Exchange və Chicago Board Options Exchange-də iyulun 23-dən ticarət olunacaq. Bununla da, SEC, kriptovalyuta investisiyaları tarixində yeni bir fəsil açaraq, bu innovativ maliyyə məhsullarının satışa çıxarılmasına yekun təsdiq verdi.
Xatırladaq ki, mayın 23-ü ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilk dəfə olaraq spot Ethereum ETF-i təsdiq etmişdi. ETF üçün müraciət etmiş 8 ərizəçi şirkətin - VanEck, BlackRock, Fidelity, Grayscale, Franklin Templeton, ARK Invest/21Shares, Invesco/Galaxy və Bitwise müraciətləri təsdiqlənmişdi. Ethereum ETF-lərinin təsdiqi iki addımlı bir prosesdir: “19b-4” sənədi birjalarda listinqə icazə verir və birjada satılan fondların səhmlərinin ticarəti qaydalarını müəyyənləşdirir, “S-1” sənədi isə SEC-də qeydiyyata alınması. Spot Ethereum ETF-lərin istifadəyə verilməsi kriptovalyuta bazarının inkişafında yeni mərhələni təcəssüm edir. Bu addım rəqəmsal aktivlərin ənənəvi maliyyə sisteminə daha da inteqrasiyası üçün katalizator olacaqdır.

