Bitcoin: 75.000 dollar!

Bitcoin noyabrın 6-sı 75.000 dollara qədər bahalaşmağı bacardı. Bu, ilk kriptovalyutanın tarixində yeni ən yüksək qiymət oldu. 2024-cü ildə artıq ikinci dəfədir ki, bitcoin rekord vurur – cari ilin mart ayında 73.777 dollara çataraq bütün zamanların ən yüksək həddinə çatmışdı. Bitcoin-ə tələbin kəskin artması Respublikaçılar Partiyasının namizədi Donald Trampın 5 noyabr tarixində ABŞ-da keçirilən prezident seçkilərininin ilkin nəticələrinə əsasən qalib gəlmə şansının yüksək olması ilə əlaqədardır. Kriptovalyuta sənayesini inkişaf etdirmək öhdəliyini sübut etmək üçün D.Tramp kriptovalyutaların tənzimlənməsi üçün aydın qaydalar təqdim etmək istəmədiyinə görə kripto şirkətləri tərəfindən tez-tez tənqid olunan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensleri işdən çıxaracağını vəd etmişdi. Bundan əlavə, seçkidən əvvəl Tramp bitcoin ilə milli ehtiyat yaratmağı vəd edərək, qarşısına iddialı məqsəd qoyub. May ayında Tramp seçkiqabağı kampaniya üçün BTC, ETH, DOGE və SOL daxil olmaqla kriptovalyutalarda ianələri qəbul etməyə başlamışdı.

Hazırda CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin bazar kapitalizasiyası 2.47 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 74.100 dollar, bazar kapitalizasiyası isə 1.45 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 59.3%-ni təşkil edir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply