Bitcoin noyabrın 11-i 85.000 dollarlıq həddi keçərək 87.300 dollara qədər bahalaşmağı bacardı. CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 2.9 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 86.720 dollar, bazar kapitalizasiyası isə 1.7 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 59%-ni təşkil edir.

