Mark Kuban: Qızılı unudub bitcoin alın

“Dallas Mavericks” basketbol klubunun sahibi, milyarder Mark Kuban (Mark Cuban) iqtisadi böhrana hazırlaşan investorlara məsləhət verib: qızılı unudub bitcoin almaq lazımdır. Mark Kubanın sözlərinə görə, Bitcoin böhran dövründə investisiyalarını və əmanətlərini qorumaq istəyən investorlar üçün müasir cavabdır. İnsanlar ilk kriptovalyutanı qızılın təkmilləşdirilmiş versiyası kimi görürlər. Qiymətli metal köhnəlir, Bitcoin isə praktikliyi və daşınması ilə bağlı reputasiyasını möhkəmləndirir. Milyarder hesab edir ki, Bitcoin ilə müqayisədə qızıl muzey ekspanatına bənzəyir.

Mark Kuban: “İnsanlar qızıl külçələrlə gəzməyəcəklər. Təsəvvür edin, bir adam qızıl aparır. Bitcoin-də bu problemlər yoxdur. Ona görə də mən hesab edirəm ki, bitcoin-in qızıldan daha çox dəyəri var. Qızılı unudub bitcoin almaq lazımdır.”

M.Kuba izah etdi ki, qızıl maliyyə böhranı zamanı dəyərini saxlaya bilər, lakin onu saxlamaq çox çətindir – qızıl külçələri ağırdır, bölmək çətindir və oğurlanması inanılmaz dərəcədə asandır. Bitcoin isə rəqəmsaldır, yüngüldür və kiçik məbləğlərə asanlıqla bölünür. Onunla alqı-satqı, beynəlxalq əməliyyatlar aparmaq daha asandır. Bu xüsusiyyətlər sayəsində ilk kriptovalyuta sadəcə dəyər saxlama vasitəsinə deyil, həm də istənilən yerdə və istənilən vaxt istifadə oluna bilən funksional valyutaya çevrilir.

Leave a Reply