Tayland USDT-ni ödəniş vasitəsi kimi təsdiqlədi

Taylandın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Amerikanın Tether şirkətinin USDT stabilkoinini ödəniş vasitəsi və yerli birjalarda listinq üçün istifadə edilə bilən kriptovalyuta kimi tanıdı. SEC ölkə daxilində ödəniş vasitəsi kimi rəqəmsal aktivlərin tənzimlənməsi qaydalarını yeniləməzdən əvvəl yerli kripto bazarı iştirakçıları ilə məsləhətləşib. Yeni qaydalar martın 16-dan qüvvəyə minəcək.

Tether, Tayland SEC-in qərarının şirkətin yerli bazarda mövqeyini gücləndirəcəyini söylədi. Şirkətin nümayəndələri qeyd ediblər ki, Tayland rəqəmsal aktivlərin qəbulu üzrə ilk 20 ölkə sırasındadır və ölkədə kriptovalyuta ticarətinin həcminin təxminən 40%-i USDT-nin payına düşür.

Bir cavab yazın