ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Blokçeyn Təlim Mərkəzi”-də “Rəqəmsal investisiyalar və Blokçeyn” mövzusunda təlim keçiriləcək. Rəqəmsal valyutalar bir investisiya mədəniyyətidir. Kripto investor olmaq heç vaxt gec deyil. Kiçik məmbləğ ilə də kripto investor ola bilərsiniz. İnnovativ maliyyə texnogiyaları haqqında biliklərə sahib olmaq və əsas işinizdən ayrılmadan rəqəmsal investisiyalar ilə qazanc əldə etmək istəyirsiniz? Onda bu təlim sizin üçündür!
Təlimdə tədris edilən əsas mövzular: Blokçeyn texnologiyasının əsasları və tətbiqi sahələri, kriptoqrafiya, rəqəmsal valyutaların mahiyyəti və növləri, elektron cüzdanlar, NFT texnologiyası, Metaverse, kriptovalyutaların alqı-satqı üsulları, mövcud qazanc imkanları və əsas risk faktorları, kriptovalyutalar üzrə investisiya strategiyaları, Azərbaycanda kripto əməliyyatların vergiyə cəlb edilməsi mexanizmi və s.
Təlim proqramı: Təlim proqramı xüsusi metodologiya əsasında tərtib edilib, nəzəri və praktiki dərslərdən ibarətdir. Praktiki dərslərdə real vaxt rejimində birjalarda rəqəmsal valyutalar ilə alqı-satqı (spot) və fyuçers əməliyyatlarının aparılması, texniki analiz alətləri, investisiya üçün kriptovalyutaların seçilməsi metodları, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi qaydaları tədris ediləcək.
Təlimin başlma tarixi: 08.05.2025
Qeyd: Təlim ödənişlidir və ASAN İnnovativ İnkişaf Mərkəzində keçiriləcək. İştirakçı sayı məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün bu linkə daxil olun.
İştirakçılar təlimdən sonra rəqəmsal aktivlər üzrə müstəqil araşdırma aparmağı, elektron platformalarda (birja və mübadilə servisləri) sərbəst ticarət etməyi və ən əsası da kriptovalyutalar ilə gəlir əldə etməyin üsullarını öyrənəcəklər.
Təlimçi: Elnur Quliyev – maliyyə və rəqəmsal aktivlər üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az portlalının təsisçisi, UNEC Biznes Məktəbi və Sumqayıt Dövlət Universitetinin müəllimi.

