USDT stabilkoinin emitenti olan Tether Holdings Limited yanvardan mart ayına qədər 735 milyon dollar dəyərində 8.888 bitcoin (BTC) alıb. “Spot On Chain” blokçeyn platformasının məlumatına əsasən Tether tərəfindən alınan 1 BTC-nin orta qiyməti 82.695 dollar olub. Tether hazırda 7,8 milyard dollar dəyərində 92.647 BTC-yə nəzarət edir.

