Kriptovalyuta camiyəsində aprelin 5-i Bitcoin-in anonim yaradıcısı Satoşi Nakamoto-nun uydurma doğum günü kimi qeyd olunur. İnsanlar onun 1975-ci il aprelin 5-də doğulduğunu ehtimal edir. Bu ehtimalın həqiqətə uyğun olub-olmadığını araşdıraq.

BTC-nin yaradıcısı həmişə anonim qalıb. Lakin 5 aprel tarixinin Satoşinin Bitcoin-in ixtirasının ilk elan edildiyi P2P Foundation internet forumunda qeydiyyatdan keçdiyi gün olduğu üçün seçilə biləcəyinə dair bir nəzəriyyə var. Nəzərə almaq lazımdır ki, 5 aprel həm də ABŞ tarixində əlamətdar bir gündür. Prezident Franklin Ruzveltin 1933-cü il tarixli 6102 saylı Sərəncamının ildönümüdür. Bu fərmana əsasən, qızıl sikkələrə, külçələrə və ya sertifikatlara sahib olmaq qanun pozuntusu hesab olunur. Sərəncam amerikalılardan fiat valyutası müqabilində qızılı ABŞ Federal Ehtiyat Sisteminə təhvil verməyi tələb edirdi. Bu, ölkənin “Böyük Depressiya” nəticəsində yaranan çətin vəziyyətdən çıxmasına kömək edə bilərdi lakin bəziləri bunu insanların qızıl saxlamaq azadlığına təhqir kimi gördülər. Bu nəzəriyyənin Satoşinin doğum günü ilə bağlı olub-olmadığı dəqiq bilinmir. Ancaq dəqiq məlumdur ki, BTC-nin yaradıcısı pul dövriyyəsinin tarixi ilə maraqlanırdı və insanların öz sərvətlərini hökumətin müdaxiləsindən necə qoruya biləcəkləri ilə bağlı narahat idi. Bitcoin tez-tez rəqəmsal qızıl adlandırılır, buna görə də BTC tərəfdarları bu versiyanın olduqca doğru olduğuna inanırlar.
Satoşi Nakamoto-nun doğum ili də ABŞ tarixi ilə birbaşa əlaqəsi var. 1975-ci ildə ABŞ-ın o zamankı prezidenti Cerald Ford 6102 saylı Sərəncamı ləğv edərək vətəndaşların istənilən miqdarda qızıla sahib olmağını qanuniləşdirdi. Bu konsepsiyaya görə, Satoşi Nakamoto-nun bu gün 50 yaşı tamam olacaqdı.

Müəllif: Elnur Quliyev
