RPA (Robotic Process Automation) nədir?

RPA – robotlaşdırılmış proses avtomatlaşdırılması (ingiliscə: robotic process automation) – insan əməyini təqlid edən proqram təminatı vasitəsilə biznes proseslərinin avtomatlaşdırılması texnologiyasıdır. Bu texnologiya kompüterlərdə insanların yerinə müxtəlif qaydalara əsaslanan və təkrarlanan tapşırıqları yerinə yetirən “robotlar” (və ya botlar) vasitəsilə həyata keçirilir. Botlar klaviatura və siçan hərəkətlərini təqlid edərək müxtəlif proqramlar arasında işləyə və məlumatları emal edə bilirlər.

RPA necə işləyir?
✔ Təkrarlanan tapşırıqları yerinə yetirir: Məsələn, məlumatların sistemə daxil edilməsi, hesabatların hazırlanması, e-poçtların göndərilməsi və s;
✔ İnsan əməliyyatlarını təqlid edir: Məlumatları oxuyur, düymələri basır, sənədləri emal edir və sanki insan kimi davranır;
✔ İnsan kimi klaviatura və siçan hərəkətlərini təqlid edir;
✔ Müəyyən şərtlərə əsasən qərarlar verir (if-else, loops və s.);
✔ Mövcud proqramlarla işləyir: ERP sistemləri, Excel, CRM platformaları və veb tətbiqlərlə inteqrasiya ola bilir.

RPA texnologiyasını üstünlükləri:
✔ Effektivlik – botlar 24/7 işləyir, müştəri xidmətlərində daha sürətli dəstəyi təmin edir.
✔ Dəqiqlik – İnsan səhvləri minimuma enir;
✔ Xərclərə qənaət – İnsan resursları və əməliyyat xərcləri azalır.

RPA-nın tətbiqi sahələri:
✔ Maliyyə və mühasibatlıq – Fakturaların emalı, bank rekonsilyasiyası, büdcə hesabatları;
✔ İnsan resursları – Yeni işçilərin qeydiyyatı, əməkhaqqı hesablanması, məzuniyyət izləmələri;
✔ Müştəri xidməti – Müraciətlərin təsnifatı və yönləndirilməsi, chatbotlar;
✔ Bankçılıq və sığorta – Müştəri məlumatlarının yoxlanması, kredit tarixçələrinin təhlili;
✔ Təchizat zənciri və logistika – Sifarişlərin izlənməsi, inventar məlumatlarının yenilənməsi.

RPA üzrə gələcək inkişaf trendləri:
✔ Süni intellektlə (AI) inteqrasiya: RPA artıq yalnız qayda əsaslı tapşırıqlarla kifayətlənmir, AI və maşın öyrənməsi ilə daha ağıllı qərarlar verə bilir;
✔ İntellektual proses avtomatlaşdırması (IPA): RPA + AI + OCR + NLP texnologiyalarının birləşməsi daha mürəkkəb proseslərin avtomatlaşdırılmasına imkan verir.
✔ Aşağı kod / Kod yox həllər (Low-code / No-code): Texniki biliyi olmayan istifadəçilər də avtomatlaşdırma həlləri yarada bilirlər.

RPA müəssisələrin rəqəmsallaşması və çevikləşməsi üçün mühüm alətdir. Bu texnologiya sadə, təkrarlanan və vaxt aparan işləri avtomatlaşdıraraq həm işçi qüvvəsinin yükünü azaldır, həm də təşkilatın məhsuldarlığını artırır. Əgər düzgün tətbiq olunarsa, RPA texnologiyası hər sahədə rəqabət üstünlüyü yarada bilər.


Müəllif:  Elnur Quliyev 

Bir cavab yazın