“Bitget Hackathon – Startap” müsabiqəsinin finalı keçirildi

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTu) texnologiya və innovasiya həvəskarlarının səbirsizliklə gözlədiyi “Bitget Hackathon – Startap” müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələrindən ibarət komandalar qatılaraq, “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsini təqdim edilmişdi. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirildi. Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirildi.

Gərgin rəqabət və yüksək səviyyəli təqdimatlar nəticəsində qalib komandalar müəyyənləşdirildi və ümumi məbləği 3.000 ABŞ dolları olan mükafat fondu (1-ci yer 1.500$, 2-ci yer 1.000$, 3-cü yer 500$) təqdim olundu. Bu hackathon, gənclərin texnoloji yaradıcılığını stimullaşdırmaqla yanaşı, ölkədə startap ekosisteminin inkişafına və rəqəmsal gələcəyin formalaşmasına mühüm töhfə oldu.

Tədbirin təşkilatçıları olan AzTu və Bitget platforması, bu hackathon vasitəsilə Azərbaycanda startap ekosistemi və rəqəmsal texnologiyaların inkişafına dəstəyini nümayiş etdirdi. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznes yönümlü məhsullara inteqrasiya edilməsinə imkan yaradır. Belə tədbirlər, gənclərin teorik biliklərini real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün zəruri zəmin yaradır.

Leave a Reply