Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-də kriptovalyutalar ilə ödənişlərin mahiyyəti və əhəmiyyəti müzakirə edilib. Aynur İsgəndərovanın təqdimatında “İş vaxtı” verlişində maliyyə və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev ilə Qazaxstanda kriptovalyutalar ilə ödənişlərin aparılması lahiyəsinn əhəmiyyəti və əsas məqsədləri, Azərbaycanda rəqəmsal manat və kripto ödənişlərin tətbiqi nə vaxt gözlənilir və ümumiyyətlə kriptovalyuta bazarında mövcud vəziyyət müzakirə edilib.


