Araz FM-də “Maliyyə fırıldaqçılığı və bu hallardan qorunmaq üsulları” mövzusu (video)

Maliyyə fırıldaqçılığı – müasir dövrdə fərdi və ictimai təhlükəsizlik üçün hər kəsin rast gələ biləcəyi ciddi təhlükələrdən biridir. Texnologiyanın inkişafı ilə fırıldaqçılar daha hiyləgər və peşəkar üsullarla insanların şəxsi məlumatlarına və vəsaitlərinə sahib olmağa çalışırlar. Bu səbəbdən hər bir vətəndaşın maliyyə savadlılığını artırması, ehtiyatlı davranması və maariflənməsi vacibdir.

Azərbaycanda son zamanlar populyarlıq qazanan radio kanalı Araz FM-də (103.3 fm) “Maliyyə fırıldaqçılığından və dələduzluq hallarından qorunmaq üsulları” mövzusuna xüsusi diqqət ayrılıb. Bu mövzu “Biznes Mərkzi”-nin təsisçisi və layihə rəhbəri Rüfət Nadirli və Crypto Consultinq MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev ilə canlı efirdə müzakirə edilib. Müzakirədə maliyyə fırıldaqçılığının ən aktual formaları, vətəndaşların aldadılma üsulları və onlardan qorunma yolları izah olunub. Mövzuya dair izləyicilərin sualları praktiki nümunələr üzərindən cavablandırlıb və müvafiq tövsiyyələr verilib.

Maliyyə fırıldaqçılığı bu gün cəmiyyətin hər təbəqəsini hədəfə alan real və artan təhlükədir. İstər bank hesabları, istərsə də onlayn platformalar vasitəsilə baş verən dələduzluq halları göstərir ki, hər bir insan bu cür risklərə qarşı maariflənməli və şəxsi maliyyə məsuliyyətini dərk etməlidir. Bu müzakirə hər bir dinləyici və izləyici üçün maarifləndirici və həyati dəyərə malikdir. Çünki maliyyə təhlükəsizliyi yalnız qanunla deyil, həm də fərdi məsuliyyət və informasiya ilə qorunur.

Leave a Reply