Qlobal iqtisadi sistemdə valyutaların qarşılıqlı dəyər nisbətləri mühüm rol oynayır. ABŞ dolları – dünya üzrə əsas rezerv valyutası kimi çıxış etdiyindən, onun digər əsas valyutalara qarşı ümumi gücünü ölçmək üçün Dollar İndeksi (U.S. Dollar Index) göstəricisindən istifadə olunur.
Dollar İndeksi (DXY) – ABŞ dollarının 6 əsas xarici valyutaya qarşı orta çəkili ortalama ilə hesablanmış nisbətidir. Bu indeks ilk dəfə 1973-cü ildə ABŞ Federal Rezerv Sistemi tərəfindən yaradılmış və beynəlxalq ticarət tərəfdaşlarına əsasən formalaşdırılmışdır. DXY aşağıdakı valyutalara qarşı formalaşır və hər birinin indeksdə çəkisi aşağıdakı kimidir:
Valyuta
Ölkə
İndeksdə pay (%)
Euro (EUR)
Avrozona
57.6
Yapon Yeni (JPY)
Yaponiya
13.6
Funt-sterlinq (GBP)
Böyük Britaniya
11.9
Kanada Dolları (CAD)
Kanada
9.1
İsveç Kronu (SEK)
İsveç
4.2
İsveçrə Frankı (CHF)
İsveçrə
3.6
Dollar İndeksi, sabit baza dövrü (mart 1973, indeks dəyəri: 100) ilə müqayisə edilərək hesablanır. İndeks artdıqca bu, dolların gücləndiyini; azaldıqca isə zəiflədiyini göstərir. Nümunə: DXY = 105 olarsa, bu o deməkdir ki, dollar əvvəlkindən 5% daha güclüdür. Əgər DXY = 95 olarsa, deməli dollar əvvəlkindən 5% zəifdir.
Dollar İndeksi qlobal maliyyə sistemində dolların real gücünü və iqtisadi rəqabət qabiliyyətini izləmək üçün vacib analitik alətdir. Onun dinamikası, bazar iştirakçılarının davranışlarını, qiymətli kağızlar və valyuta məzənnələrinə təsir imkanlarını anlamağa kömək edir. Bu indeks həm qısa, həm də uzunmüddətli strateji qərarların qəbulunda istifadə olunur.