Yeni “Amerika” siyasi partiyasının qurucusu Elon Mask fiat pulları ümidsiz adlandırdı və partiyasının Bitcoin-i dəstəkləyəcəyinə söz verib. “Amerika” partiyası Respublikaçılar və Demokratlardan ibarət ikipartiyalı sistemə alternativ olmaq niyyətindədir. Yeni partiyanın yaradılması Elon Maskın ABŞ prezidenti Donald Tramp ilə keçən həftə imzalanmış “Big Beautiful Bill” layihəsi ilə bağlı mübahisəsindən sonra baş verib. Bu qanun növbəti on il ərzində müdafiəyə dövlət xərclərinin artırılmasına və vergilərin təxminən 4 trilyon dollar azaldılmasına aiddir. Daha əvvəl ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) federal xərcləri azaltmaq üçün rəhbərlik edən E.Musk qanunvericilik təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunu “iyrənc” adlandırmışdı. E.Maskın bitcoin-i siyasi platformasına inteqrasiya etmək qərarı kriptovalyutaların Amerika siyasətində qəbul edilməsində mühüm addım ola bilər. Tesla-nın bitcoin investisiyaları ilə bağlı təcrübəsi sahibkarın rəqəmsal aktivlərlə bağlı ciddiliyini göstərir.
Elon Musk: “Ölkəmiz israfçılıq və rüşvət ucbatından iflas edir, halbuki biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşamağa davam edirik. Bu səbəbdən Amerika Partiyası insanlara azadlıqlarını geri vermək üçün yaradılıb”.
Xatırladaq ki, iyulun 6-da E.Musk 1,24 milyondan çox insanın yeni partiyanın yaradılmasının zəruriliyi ilə bağlı keçirdiyi sorğuda səs verdikdən sonra “Amerika” partiyasının yaradıldığını elan etdi. Seçicilərin demək olar ki, üçdə ikisi bu ideyanı dəstəkləyib.

