Bitcoin oktyabrın 5-i ilk dəfə olaraq tarixi maksimum qiymətini – 125.000 dollar həddini keçməyi bacardı. İlk kriptovalyuta Binance birjasında 125.708 dollara qədər bahalaşa bilib. CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 4.2 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 124.600 dollar, bazar kapitalizasiyası isə 2.4 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 58%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə Amazaon, Tesla, Meta (Facebook), Saudi Aramco kimi şirkətləri geridə qoyaraq dünyanın ən bahalı aktivləri sırasında 7-ci pilləyə yüksəlib.

