AzTV, “İqtisadiyyat xəbərləri”-də qızıl və bitcoin mövzusu (video)

Azərbaycanın milli televiziya kanalı AzTV-də qızıl və kriptovalyuta bazarında müşahidə olunan qiymət dalğalanmaları müzakirə mövzusu olub. Rasim Şərifovun təqdimatında “İqtisadiyyat xəbərləri” proqramında UNEC Biznes Məktəbinin müəllimi və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev qonaq qismində iştirak edib. Çıxışı zamanı ekspert qızılın qiymətindəki artımın makroiqtisadi amillərlə əlaqəsini, investorların riskdən yayınma davranışını və Bitcoin-in qızıl ilə müqayisədə bazar dinamikasını şərh edib.

Leave a Reply