Kriptovalyuta və blockchain üzrə dünyanın TOP-10 universiteti

2009-cu ildə Bitcoin-in yaranması ilə dünya yeni bir maliyyə və texnologiya erasına qədəm qoydu. İlk illərdə kriptovalyutalar əsasən proqramçılar və texnologiya həvəskarlarının maraq dairəsində idi. Lakin blockchain texnologiyasının bankçılıq, maliyyə, logistika, səhiyyə və dövlət xidmətlərində tətbiq imkanları genişləndikcə aparıcı universitetlər də bu sahəni akademik proqramlarına daxil etməyə başladılar.

   Bu gün dünyanın ən nüfuzlu universitetləri blockchain və kriptovalyutanı artıq təkcə kompüter elmlərinin deyil, həm də iqtisadiyyat, hüquq, maliyyə və biznes fakültələrinin ayrılmaz hissəsi kimi tədris edirlər. Son illərdə bu proqramlara süni intellekt (AI), maşın öyrənməsi (Machine Learning), data analitikası və rəqəmsal aktivlərin idarə edilməsi kimi fənlər də daxil edilir. Məqsəd tələbələrə blockchain texnologiyalarını AI və digər müasir rəqəmsal həllərlə birlikdə tətbiq etmək bacarığı qazandırmaqdır. Blockchain üzrə ilk akademik kurslar 2014–2015-ci illərdə meydana çıxdı. Əsas dönüş nöqtələri:

  • 2014 – NYU və Stanford-da ilk blockchain seminarları təşkil olundu.
  • 2015 – MIT Digital Currency Initiative fəaliyyətə başladı.
  • 2016 – UC Berkeley tələbələri Blockchain at Berkeley təşkilatını yaratdı.
  • 2018 – FinTech magistr proqramlarında blockchain ayrıca fənn kimi tədris olunmağa başladı.
  • 2021-ci ildən etibarən CBDC, Web3, DeFi, blockchain təhlükəsizliyi və AI əsaslı rəqəmsal maliyyə həlləri universitet proqramlarının əsas istiqamətlərindən birinə çevrilməyə başladı.

Kriptovalyuta və blockchain tədrisi üzrə dünyanın TOP-10 universiteti: Bu universitetlər tədqiqat fəaliyyəti, sənaye ilə əməkdaşlıq, innovasiya ekosistemi və blockchain üzrə akademik proqramlarının zənginliyinə görə beynəlxalq səviyyədə seçilirlər.

Aparıcı universitetlər yalnız blockchain proqramlaşdırmasını deyil, həm də AI ilə dəstəklənən smart müqavilələr, blockchain təhlükəsizliyi, data analitikası, rəqəmsal aktivlərin idarə edilməsi və Web3 məhsullarının hazırlanması üzrə praktiki bacarıqların inkişafına da xüsusi diqqət yetirirlər.

Azərbaycanda FinTech təhsili

      Azərbaycanda blockchain, kriptovalyuta və maliyyə texnologiyaları üzrə ali təhsil proqramlarının inkişafı son illərdə sürətlənməkdədir. Bu istiqamətdə ilk akademik təşəbbüslərdən biri 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramında tədrisinə başlanılan “Kriptovalyutalar və kiber risklər” və “Rəqəmsal valyutalar” fənnləri olmuşdur. Fənn çərçivəsində rəqəmsal valyutalar, blokçeyn texnologiyası, smart müqavilələr, DeFi, rəqəmsal aktivlər, kriptovalyuta analitikası, informasiya təhlükəsizliyi və kiber risklər üzrə nəzəri və praktiki biliklər tələbələrə təqdim edilir. Tədris proqramına real bazar nümunələri və praktiki workshop-lar da daxildir. UNEC bu sahədə inkişafını davam etdirərək MBA proqramında “Blokçeyn texnologiyalarının idarə edilməsi” (Blockchain Management)ixtisaslaşmasını da formalaşdırmışdır. Bu yanaşma UNEC-i regionda blockchain və rəqəmsal maliyyə sahəsində ixtisaslaşmış MBA proqramı təqdim edən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevirir. Bu istiqamətdə digər mühüm addım isə 2024-cü ildə Sumqayıt Dövlət UniversitetininMBA proqramında “Maliyyə Texnologiyaları (FinTech)” fənninin tədrisinə başlanılması olmuşdur. Bu təşəbbüs göstərir ki, blockchain, rəqəmsal maliyyə və FinTech üzrə müasir biliklərin ali təhsil proqramlarına inteqrasiyası artıq Azərbaycanda da genişlənməkdədir.

  Blockchain artıq sadəcə kriptovalyutanın arxasında duran texnologiya deyil. O, rəqəmsal iqtisadiyyatın, müasir maliyyə sistemlərinin və gələcəyin interneti hesab olunan Web3 ekosisteminin əsas sütunlarından birinə çevrilib. Süni intellektin blockchain ekosisteminə inteqrasiyası nəticəsində ağıllı maliyyə xidmətləri, avtomatlaşdırılmış risk idarəetməsi, AI əsaslı kibertəhlükəsizlik və rəqəmsal aktivlərin analitikası kimi yeni istiqamətlər sürətlə inkişaf edir. Bu səbəbdən dünyanın aparıcı universitetləri blockchain və kriptovalyuta üzrə tədrisi sürətlə genişləndirir, yeni nəsil mühəndislər, maliyyə mütəxəssisləri və tədqiqatçılar yetişdirirlər. Bu gün bu sahədə əldə edilən biliklər yalnız yeni peşələrə deyil, həm də qlobal texnologiya və maliyyə ekosistemində rəqabət üstünlüyünə aparan mühüm investisiyadır. Yaxın illərdə AI və blockchain texnologiyalarını birlikdə mənimsəyən mütəxəssislər qlobal əmək bazarında ən çox tələb olunan peşəkarlar sırasında yer alacaqlar.

Müəllif: Elnur Quliyev

Leave a Reply