Səhmdar cəmiyyəti (Joint-Stock Company) təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı və açıq tipli səhmdar cəmiyyəti formasında olmaqla iki növdə yaradılır.
Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir.
Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə “açıq səhmdar cəmiyyəti” və ya “qapalı səhmdar cəmiyyəti” sözləri göstərilməlidir. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Səhimdar Cəmiyyət haqqında qanunun 17 ci maddəsinə əsasən Səhimdar Cəmiyyətin nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat məbləğində müəyyən edilir.
Açıq tipli Səhimdar Cəmiyyəti (Open Joint-Stock Company)
- Açıq tipli səhmdar cəmiyyətində səhmlərə abunə yazılışı təsisçilər tərəfindən təşkil olunur. Cəmiyyət səhmlərini bilavasitə özü, yaxud bank və birja vasitəsilə sata bilər.
- Açıq tipli səhmdar cəmiyyətinin səhmdarı öz səhmini (səhmlərini) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada özgəninkiləşdirmək hüququna malikdir.
- Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.
- Açıq tipli səhmdar cəmiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir. Dərc olunmuş məlumatın dürüstlüyünə səhmdar cəmiyyəti və onun məsul şəxsləri məsuliyyət daşıyırlar.
- Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.
- Nizamnamə kapitalının minimal hüdudu qanunvericilikdə müyyən olunmuşdur. ASC üçün minimal hədd 4000 AZN təşkil edir. Maksimal həddin məbləği qanunvericiliklə tənzimlənmir.
- açıq tipli səhmdar cəmiyyətində iştirakçıların sayına məhdudiyyət qoyulmayıb. Onun təsisçisi hətta bir fiziki və ya hüquqi şəxs də ola bilər.
- ASC üçün dövlət rüsumu 11 AZN dir.
Qapalı tipli Səhimdar Cəmiyyəti (Closed Joint-Stock Company)
- Qapalı tipli cəmiyyətin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir.
- Qapalı tipli cəmiyyətdə təsisçilər təsis yığıncağının çağırılması gününədək səhmlərin nominal dəyərinin 50 faizini ödəməlidirlər
- Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.
- Qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur
- Qapalı tipli səhmdar cəmiyyətinin səhmdarı öz payını (səhmini) digər şəxslərə yalnız cəmiyyət üzvlərinin əksəriyyətinin razılığı ilə notariat qaydasında təsdiq etdirmək şərti ilə özgəninkiləşdirə bilər.
- qapalı tipli səhmdar cəmiyyəti iştirakçılarının sayı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş həddən yuxarı olmamalıdır. İştirakçıların minimal sayında məhdudiyyət yoxdur, maksimal sayda isə mövcuddur.
- Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli, 224 №-li qərarı ilə QSC iştirakçılarının maksimal sayı 50 fiziki və ya hüquqi şəxs təşkil edir.
- Əgər hər hansı səbəbdən qapalı tipli cəmiyyətdə səhmdarların sayı 50-dən çoxdursa, onda, o, il ərzində açıq tipli səhmdar cəmiyyətinə çevrilməli, ya məhkəmə qaydası ilə ləğv olunmalı, ya da səhmdarların sayı qanunvericiliklə qəbul edilmiş hüduda çatdırılmalıdır.
- QSC üçün nizamnamə kapitalının minimal həddi qanunvericiliyə əsasən 2000 AZN olaraq müəyyən edilmişdir. Maksimal hədd isə, istənilən məbləğdə ola bilər.
- QSC üçün dövlət rüsumu 11 AZN dir.
Qapalı Səhdar Cəmiyyətin Səhmdarlarından biri olan hüququi şəxs ləğv edildikdə onun səhmləri kimə keçir? Prosses necə həyata keçirilir?
bu proses “Səhmdar cəmiyyəti haqqında” və “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına uyğun olaraq həyata keçirilir.