Blockchain texnologiyası və kriptovalyutalar sahəsində qlobal ekosistemdə baş verən qabaqcıl yeniliklər və trendlərə həsr olunmuş üçüncü böyük konfrans – BlockShow Europe 2018 mayın 28-29-da Almaniyanın paytaxtı Berlində keçiriləcək.
Almaniyanın paytaxtı blockchain və fintex sahəsində əsas Avropa inkişaf mərkəzlərindən biridir. Bundan əlavə, investisiyalar, start-up və innovativ biznes sahələrinin böyük konsentrasiyası Berlini yeni trendlər üçün sənayes mərkəzinə çevirib. “BlockShow Europe 2018” konfaransı qonaqlara yüksək səviyyəli məzmun, blockchain texnologiyasının ən maraqlı və aktual tətbiqlərini nümayiş etdirəcək. Konfransda 3000-dən çox ziyarətçinin iştirakı gözlənilir. Sərgi zonasında 150-dən çox layihə təmsil olunacaq və tədbir 100-dən çox təşkilat və şirkət tərəfindən dəstəklənəcəkdir. Bu rəqəmlər bunadan əvvəlki Sinqapur konfransından (noyabr, 2017) iki dəfə, Münhen konfransından (aprel, 2017) isə ortalama beş dəfə çoxdur.
BlockShow Europe 2018 dünyanın 80-dən çox dünya şöhrətli spikeri, eləcə də bank sənayesinin mütəxəssisləri, müxtəlif təşkilatların və dünya iqtisadiyyatının qlobal sektorlarını toplayacaq. Spikerlər panel mövzuları zamanı öz bilik və təcrübələri ilə bölüşəcəklər. Spiklerlərin siyahısı və konfrans haqqında ətraflı məlumatı rəsmi saytdan əldə etmək olar.
Crypto Consulting