Sentyabrın 5-i dünyada ümumilikdə kriptovalyuta birjalarında qiymələrin düşdüyü bir zamanda İranda bitkoinin qiyməti birdən birə 24.000 dollara qalxdı. Buna əsas səbəb kimi Həsən Ruhanı hökumətinin bitkoin-mayninqini inkişaf etdirmək planlarının olması barədə xəbər oldu. İranın mübadilə portalı olan EXİR-də bitkoinin qiyməti rekord həddə – 24.000 dollara qalxması qeydə alınıb. Bundan əlavə bitkoinin qiymətinin artmasına İranın milli valyutasının dəyərdən düşməsi də öz təsirini göstərib.
İran Ali Şurasının kibersənaye üzrə katibi Əbülhəsən Firozabadi sentyabr ayının 4-ü IBENA xəbər agentliyinə verdiyi açıqlamasında qeyd edib ki, İran kriptovalyuta mayninqini iqtisadiyyatın ayrıca bir sektoru kimi tanımağa hazırdı. Firozabadi vurğulayıb ki, İranın Milli Kibertəhlükəsizliyi Mərkəzi artıq rəqəmsal aktivlərin mayninqinin tənzimlənməsi üçün platforma yaradır. Kriptovalyutalardan istifadəsinin genişləndirilməsi ABŞ-ın sanksiyalarına baxmayaraq Tehranla tərəfdaşları arasında ticarət əlaqələrinin qurulmasına kömək edəcəkdir. Üç həftə ərzində İran Mərkəzi Bankı sektorun qanunvericilik bazasını hazırlayacaq.