ABŞ kriptovalyuta treyderlərinin sayına görə liderdi

     DataLight tədqiqat şirkətinin verdiyi məlumata əsasən ABŞ kriptovalyuta treyderləri sayına görə liderdir. DataLight analitikləri 100 ən populyar kriptovalyuta birjasının trafikini analiz etdilər və məlum oldu ki, Amerikadan olan treyderlərin sayı digər ölkələrlə nisbətdə əhəmiyyətli dərəcədə çoxdur. Amerikadan kriptovalyuta birjalarına daxilolmaların sayı 22 milyon olub. Yaponiya isə 6 milyon istifadəçi ilə ikinci yerdədir. “Top 10”-luq aşağıdakı kimidir:

  1. Amerika
  2. Yaponiya
  3. Koreya
  4. Böyük Britaniya
  5. Rusiya
  6. Braziliya
  7. Almaniya
  8. Vyetnam
  9. Türkiyə
  10. Kanada

010519_traders

     Analitiklər qeyd edir ki, Türkiyə, Ukrayna və Meksikadan olan treyderlərin sayında artım hiss olunur. Bunun əsas səbəbi Turkiyədə 2018-ci ilin avgustunda milli valyutanın 10% dəyər itirməsi oldu. Ukrayna və Meksikaya gəlincə, bu ölkələrin sakinləri bitkoini milli valyutalarından daha sabit olduğuna inanırlar.

 

 

Leave a Reply