Kriptovalyutalar investorlar üçün yüksək riskli maliyyə aktivi olmaqla barəbər son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib. Rəqəmsal aktivlər arasında hazırda ən populyar bitcoin olsa da digər altcoinlər də öz investorlarına kifayət qədər gəlir qazandıra bilib. CoinmarketCap.com-un 01.07.2019 tarixinə olan məlumata əsasən 2298 adda rəqəmsal valyuta mövcuddur və onların sayı hər ay artır. Bu o demək deyil ki, onların hər biri uğurlu layihədir və investorlarına gəlir gətirir. Kriptovalyutaların böyük əksəriyyəti yarandıqdan müyyən müddət sonra ya bazardan çıxır ya da ilkin dəyərindən dəfələrlə aşağı qiymətə ticarət olunur. Lakin elə rəqəmsal aktivlər var ki, investisiya aləti kimi fantastik gəlir gətirib. Onlardan biri – Egretia (EGT).
Egretia (EGT) – 2019-cu ildə öz investorlarına ən çox gəlir gətirmiş kriptovalyutadır. EGT kriptovalyuta bazarına 2018-ci ilin iyulun 4-ü daxil oldu və qısa müddətdə kapitalizasiyasına görə kriptovalyutaların “Top 100”-də yer tutdu. 01.01.2019 tarixinə 1 EGT-nin qiyməti 0.000342 dollar idi. Hazırda (01.07.2019) isə EGT=0.048425 və bazar kapitalizasiyası 203.6 milyon dollardır. Bu 6 ay ərzində 14059% artım deməkdir. Kifayət qədər ciddi artımdır. Yəni, siz yanvar ayında ən azı 100 dollarlıq EGT almış olsaydınız indi 14.159 dollar qazancda olacaqdınız. EGT-nin ticarət olunduğu kripto-birjalar: OKEx, Huobi Global, CoinTiger, HotBit, KuCoin.
Egretia – blockchain üzərində qurulan ilk HTML5 platformadır. HTML5 ən çox onlayn oyunların yazıldığı proqramlaşdırma dilidir. HTML5 texnologiyası ilə blockchain-i birləşdirmək üçün Egret Technology şirkəti Egretia Blockchain Lab ilə birgə bu platformanı yaradıb. Platformanın ekositeminin işinin təmin edilməsi üçün Egretia (EGT) kriptovalyutası buraxılıb. EGT bütün oyunlara qoşulur və oyunçular tərəfindən virtual oyun mallarını mübadilə etmək üçün istifadə edilir. Bundan əlavə, oyunçular oyunda sərf olunan vaxt üçün EGT əldə edir və reklamverənlər EGT ilə platformada reklam sifariş edə bilir.
Egretia haqqında daha ərtaflı məlumatı aşağıdakı linklərlə öyrənə bilərsiniz:
- Website: http://egretia.io/
- Instagram: https://www.instagram.com/egretia_io/
- Facebook: https://www.facebook.com/Egretia.io/
- Twitter: https://twitter.com/Egretia_io
- Linkedin: https://www.linkedin.com/company/Egretia/
- Telegram: https://t.me/KrypitalBounty
Müəllif: Elnur Quliyev
2019-cu ilin ən gəlirli kriptovalyutası