Fərdi sahibkarlar üçün vergi güzəştləri

 Fərdi sahibkarın satış əməliyyatlarının nağdsız qaydada apardıqları halda tətbiq edilən vergi güzəşit:

  • 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə

Misal: Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız) Gəlirdən çıxılan ümumi xərc = 700 manat; Gəlir = 300 manat. Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir. Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0.8 x 25% = 0.2 x 60 = 12 manat) təşkil edir.

vergi_237464565.jpg

Mikro sahibkarlıq subyektlərinin fəaliyyətimin stimullaşdırılması üçün tətbiq edilən güzəşt:  

  • Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bundan əlavə, müəssisə Bakı şəhərində fəaliyyət göstərirsə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsi, 106.1.20-ci, 220.1-ci maddələr

Mikro sahibkarlıq subyekti olan fərdi sahibkara gəlir vergisi üzrə tətbiq edilən güzəşt:

  • Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsi, 102.1.30-cu maddə

Misal: Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın gəliri 10.000 manat, xərci 6.000 manatdır. Gəlirdən xərclər çıxıldıqdan sonra qalan gəlir 4.000 manat olduqda gəlir vergisinin hesablanması aşağıdakı qaydada həyata keçirilir: 4.000 – 4.000 x 75% (vergidən azad olunan hissə) = 1.000 manat x 20% = 200 manat (gəlir vergisi). Başqa sözlə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar əldə etdiyi gəlirlərindən xərclər çıxıldıqdan sonra ona qalan gəlirdən 5 faiz həcmində vergi ödəyir.

ƏDV-dən azad edilən əməliyyatlar

   Vergi Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Bu zaman əsas məqamlardan biri bəzi malların ancaq idxalının, bəzi mallarınsa həm idxalının, həm də satışının ƏDV-dən azad edilməsidir. Məsələn, toxum və tinglərin idxalı ƏDV-dən azad olduğu kimi, satışı da ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.

Misal:  Quş ətinin istehsalı ilə məşğul olan müəssisə öz istehsal fəaliyyətində istifadə etmək üçün ölkə xaricindən 10.000 manat dəyərində quşlarda xəstəliklərə qarşı istifadə edilən preparat idxal edir. Bu zaman həmin əməliyyat idxalda ƏDV-dən azaddır. Vergi ödəyicisi həmin malın 5.000 manat dəyərində olan hissəsini ölkə daxilində təqdim etdikdə isə bu əməliyyat ƏDV-yə cəlb olunacaq və büdcəyə 900 manat ƏDV hesablanacaq.

 

 

 

Leave a Reply