Unicef kriptovalyuta fondu yaratdı

    Unicef – Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu kriptovalyutalarla (bitcoin və ethereum) ianələri qəbul etmək, saxlamaq və paylamaq üçün kriptovalyuta fondunu təsis etdi. UNİCEF-in rəsmi saytında verilən məlumata əsasən BMT təşkilatları üçün kriptovalyutada olan ianələrin kriptovalyuta fonduna qəbul ediləcək və daha sonra eyni formada – rəqəmsal valyutada paylanacaq.

     Unicef-in kriptovalyuta fonduna ilk ianə Ethereum Foundation tərəfindən köçürülüb və unicef-crypto-100919-lt.jpgbu ianələr UNICEF Innovation Fund-nun qrant alıcıları Prescrypto (Meksika), Atix Labs (Argentina) və Utopixar (Tunis) layihlərinin maliyyələşməsinə yönələcəkdir. Ethereum Foundation – icraçı direktoru Aya Miyaguchi DevCon konfransında çıxışı zamanı bəyan etmişdiki  artıq 100 ETH Unicef-in kriptovalyuta fonduna köçürülüb. Unicef-in icraçı direktoru Henrietta Fore: “Bu, Unicef üçün yeni və maraqlı bir təşəbbüsdür. Rəqəmsal iqtisadiyyat və valyuta gələcək nəsillərin həyatını dəyişdirə bilərsə, onların təklif etdiyi imkanları araşdırmağımız vacibdir”.

     Xatırladım ki, hazırda ABŞ, Avstraliya və Yeni Zelandiyadakı Unicef Milli Komitələri də ianələrin kriptovalyutada qəbul edirlər.

009180.jpg

 

 

Elnur Quliyev

Leave a Reply