Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) insan sağlamlığı, COVID-19 testi, peyvəndin vurulması barədə məlumatlar olan və blockchain texnologiyasına əsaslanan pasportlar verəcək. İATA-dan verilən açıqlamaya əsasən blokçeyndə verilən pasportların tətbiqi beynəlxalq uçuşları yenidən aça bilər və mövcud qlobal karantin məhdudiyyətlərini yumuşalda bilər. IATA Travel Pass, səyahətçilərə məlumatları üzərində tam nəzarət imkanı verir və məlumatları müvafiq tənzimləyicilərə, peyvənd mərkəzlərinə və hava yollarına çatdıran bir vasitə kimi çıxış edəcək. Hazırda dörd böyük aviaşirkət – Singapore Airlines, British Airways, Etihad və Emirates proqrama qatılıb.
“Tibbi” pasport mobil tətbiqetməsi istifadəçinin smartfonunda saxlanacaq. İlk rəqəmsal pasportlardan 2021-ci ilin birinci rübündə Əbu Dabidən yola çıxan Etihad aviaşirkətinin sərnişinləri istifadə edə biləcəklər.


