ABŞ bitcoin mayninqi üzrə 1-ci yerdədir

Financial Times jurnalı Kembric universitetinin apardığı araşdırmanın nəticəsinə əsaslanaraq ABŞ-ın bitcoin mayninqi üzrə ilk yerdə olduğu barədə məqalə dərc edib. Çin hökumətinin mayninq şirkətlərinə tətbiq etdiyi qadağalar öz nəticəsini verdi. Hazırda ABŞ-ın bitcoin heşreytindəki payı 35.4%-dir. Liderlər arasında Kembricdən olan mütəxəssislər Qazaxıstan (18%) və Rusiyanı (11%) da qeyd ediblər. 2021-ci ilin aprel ayında dünyada bitcoin mayninqinin 65%-i Çində cəmləşmişdisə, may ayında bu göstərici 44%-ə enmişdi.

Leave a Reply