Bitcoin oktyabrın 15-i 60.000 dollarlıq həddi keçərək 62.400 dollara qədər bahlaşmağı bacardı. Bahalaşma əsas səbəb kimi ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının (SEC) ProShares şirkəti üçün bitcoin fyuçerslərinə əsaslanan ETF (Bitcoin Strategy ETF) təsdiq etməsi oldu. SEC, ProShares Trust Bitcoin fondunu qeydiyyata alıb.
CoinMarketCap.com-a əsasən 16.10.2021 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 12.780, ümumi bazar kapitalizasiyası 2.5 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 61.590 dollar, bazar kapitalizasiyası isə 1.1 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 46.2%-ni təşkil edir.

