Cənubi Koreyanın milli elm və texnologiya univerisitetinin (Ulsan National Institute of Science and Technology) ekologiya mühəndisliyi üzrə professoru Cho Jae-Weon yeni “ağıllı” unitaz modeli – “BeeVi” ixtira edib. BeeVi modeli insan tullantılarını bioqaza çevirir və bunun əvəzini rəqəmsal valyuta ilə ödəyir.
Cho Jae-Weon hesablamışdır ki, bir insan hər gün təxminən 500 qram nəcis çıxarır ki, bunu 50 litr metan qazına çevriməklə 0,5 kilovat-saat elektrik enerjisi əldə etmək olar. Belə çıxır ki, universitet binasındakı istənilən şəxs bir enerji mənbəyidir. İlkin mərhələdə universitetdə 3 unitaz istifadəyə verilib. İlk baxışdan BeeVi modeli adi tualet unitazına bənzəyir və tam eyni şəkildə istifadə olunur. Lakin vakuum nasosu qoşulmuş BeeVi unitazında istifadədən sonra tullantılar kanalizasiyaya deyil, xüsusi yeraltı çənə ötürülür və burda mikroorqanizmlər onları metan qazına parçalayır. Bununla da, metan binanın enerji mənbəyinə çevrilir, hansı ki, qaz sobasını, isti su qazanını və yanacaq elementini qidalandırır.


Bu tualetdən istifadə edənlərə rəqəmsal valyuta ilə bonus verilir. Tələbə və akademik heyət üzvləri tualetdən hər istifadəyə görə 10 ədəd Ggool (koreya dilində tərcüməsi – bal) rəqəmsal valyutası əldə edir. BeeVi istifadəçiləri QR kodundan istifadə edərək mobil tətbiqdə “gediş” prosesini qeyd edirlər, sonra isə rəqəmsal ödəniş tualet ziyarətçisinin hesabına köçürülür. Bu tokenlər hələ ki, yalnız universitet daxilində fəaliyyət göstərən kafe, kitabxana və mağazada ödəniş etmək mümkündür.


Cho Jae Weon hesablamışdır ki, bir insan hər gün təxminən 500 qram nəcis çıxarır ki, bunu 50 litr metan qazına çevriməklə 0,5 kilovat-saat elektrik enerjisi əldə etmək olar. Belə çıxır ki, universitet binasındakı istənilən şəxs bir enerji mənbəyidir.
Cho Jae-Weon: “Nəcis enerji və gübrə istehsalı üçün qiymətli xammaldır. Mən bu dəyəri ekoloji dövriyyəyə qaytarıram.”
