BlackRock: Bitcoin – unikal diversifikatordur

Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan BlackRock ilk kriptovalyutanı “unikal diversifikator” adlandıran hesabat dərc edib. Hesabatda əsas diqqət tarixi qiymət dinamikasına, eləcə də onun proqnozlaşdırılmasının çətinliklərinə yönəlib. Analitiklərin fikrincə, investorlar ənənəvi aktivlərlə müqayisədə kriptovalyutaları təhlil etməkdə xeyli çətinlik çəkirlər.

Digər əsas məqam rəqəmsal qızılın ABŞ səhmləri və FES-in uçot faiz dərəcəsi ilə korrelyasiyasının qısamüddətli olmasıdır. Analitiklərin fikrincə, ilk kriptovalyuta ənənəvi maliyyə alətlərinin əksəriyyətinə təsir edən makroiqtisadi amillərə “cüzi dərəcədə fundamental məruz qalmağı əks etdirir”. Ekspertlər həmçinin qeyd ediblər ki, bir çoxları üçün ilk kriptovalyuta geosiyasi gərginliklər fonunda “təhlükəsiz sığınacaq”a çevrilib. Bitcoin həm də artan federal büdcə kəsiri kontekstində ABŞ dollarının mümkün ucuzlaşmasından qorunmaq üçün bir vasitə kimi çıxış edə bilər.

BlackRock-un baş direktoru Larry Fink 22 sentyabr tarixində CNBC telekanalında bitcoin-in qanuni maliyyə aləti olduğunu bildirib. Top menecer qeyd edib ki, ilk kriptovalyuta riskləri şaxələndirməyə qadir olan rəqəmsal qızıl statusunu layiqincə alıb. Onun fikrincə, investorların rəqəmsal aktivlərə yanaşması dəyişir və bütün bunlar bitcoin sayəsindədir.

Məlumat üçün qeyd edim ki, BlackRock-un idarə etdiyi ümumi aktivlərin dəyəri 10 trilyon dollardan çoxdur. 2008-2024 illər ərzində şirkətin investisiya portfeli 8 dəfə artıb.

Müəllif:  Elnur Quliyev 

One comment

Leave a Reply to adylynfriske89Cancel reply